Oktyabrda STAR neft emalı zavodu dizel yanacağı istehsalını 2 % artırıb

Energetika
  • 29 dekabr, 2021
  • 12:08
Oktyabrda STAR neft emalı zavodu dizel yanacağı istehsalını 2 % artırıb

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 597 min 136 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 11 min 344 ton və ya 1,9 % çoxdur.

Ümumilikdə isə oktyabr ayında Türkiyədə neft emalı zavodları tərədindən 1 milyon 592 min 748 ton dizel yanacağı istehsal edilib ki, bu da 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 160 min 595 ton və ya 11,2 % çoxdur.

Qeyd edək ki, STAR neft emalı zavodu 2020-ci ilin oktyabr ayında 585 min 792 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.