Noyabrda Azərbaycanda orta gündəlik neft hasilatının həcmi açıqlanıb

Energetika
  • 11 dekabr, 2024
  • 09:06
Noyabrda Azərbaycanda orta gündəlik neft hasilatının həcmi açıqlanıb

Noyabr ayında Azərbaycanda orta gündəlik neft (kondensat ilə birlikdə) hasilatı 80,771 min ton (608 min barel) təşkil edib.

Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 65,885 min tonu (486 min barel) neftin, 14,886 min tonu kondensat hasilatının payına düşüb.

Bununla da Azərbaycan keçən ay OPEC kvotasının 88,2 %-ni istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələrinin nazirlərinin 36-cı iclasında əldə olunmuş razılaşmaya əsasən, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74,259 min ton) təşkil edir.