Novak: "Səudiyyənin energetika nazirinin Rusiyadan sonra Azərbaycana səfər edəcəyi barədə məlumatlı deyiləm"

Energetika
  • 24 aprel, 2017
  • 20:24
Novak: Səudiyyənin energetika nazirinin Rusiyadan sonra Azərbaycana səfər edəcəyi barədə məlumatlı deyiləm

Bakı. 25 aprel. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanından olan həmkarı Xalid ibn Əbdül Əziz əl-Falehin Sankt-Peterburqdan sonra Azərbaycana səfər etmək planları barədə məlumatlı olmadığını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu A.Novak jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xalid ibn Əbdül Əziz əl-Faleh Peterburqda keçiriləcək beynəlxalq iqtisadi forumda iştirak edəcək. Onun aprelin sonunda və ya mayda Azərbaycana səfər edəcəyi gözlənilir.

44 - Tezliklə