Rusiya OPEK-ə daxil olmaq məsələsini nəzərdən keçirmir

Energetika
  • 07 mart, 2017
  • 00:46
Rusiya OPEK-ə daxil olmaq məsələsini nəzərdən keçirmir

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya OPEK-ə daxil olmaq məsələsini nəzərdən keçirmir, lakin qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "CeraWeek" konfransı zamanı bildirib.

"Rusiya OPEK-ə daxil olmaq məsələsini nəzərdən keçirmir, lakin qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır", - deyə Rusiyanın Energetika Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.