Novak: Rusiya benzin ixracına qoyulan qadağanı 2026-cı ilin sonunadək uzadacaq

Energetika
  • 25 iyul, 2026
  • 18:00
Novak: Rusiya benzin ixracına qoyulan qadağanı 2026-cı ilin sonunadək uzadacaq

Rusiyadan benzin ixracına qoyulan qadağa cari ilin sonunadək uzadılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Benzin ixracına qadağaya gəldikdə isə biz qərargahda onu həm istehsalçılar, həm də neft istehsalçıları üçün uzatmaq barədə qərar qəbul etdik. Yəni o, ilin sonunadək uzadılacaq", - o, jurnalistlərə söyləyib.

A.Novak həmçinin əlavə edib ki, bazar bərpa olunduqca dizel yanacağının ixracına qoyulan qadağa ləğv ediləcək:

"Bu, neft emalı zavodlarının artıq məhsul və emal həcminin azaldılması ilə bağlı çətinliklərlə üzləşməməsi üçün ediləcək".

O vurğulayıb ki, "Avro-3" sinifli benzinin buraxılışına icazə verilməsi müvəqqəti xarakter daşıyır, bu qərar daxili bazarı doldurmaq və qıtlığı aradan qaldırmaq üçün qəbul edilib, gələcəkdə Rusiya "Avro-5" yanacağının istehsalına qayıdacaq.

Hazırda Rusiyada yanacağın ölkədən çıxarılmasına qoyulan qadağa iyulun 31-dək qüvvədədir.

44 - Tezliklə