Neft 10 % bahalaşıb - YENİLƏNİB
- 02 mart, 2026
- 13:32
Dünya bazarlarında neft qiymətləri "Saudi Aramco" enerji şirkətinin neft emalı zavoduna (NEZ) zərbə endirilməsi barədə xəbərlərdən sonra bir qədər stabilləşmənin ardından, yazın ilk hərraclarında 10 % artıb.
"Report" xəbər verir ki, bunu hərracların məlumatları təsdiqləyir.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 80,05 ABŞ dolları təşkil edib.
WTI markalı neftin aprel fyuçersləri isə 9,06 % bahalaşaraq 73,09 ABŞ dolları olub.
Yaxın Şərqdə gərginliyin artması fonunda ICE birjasında Brent markalı xam neftin qiyməti ticarət həftəsinin əvvəlində 12,2% artıb.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 03:02-yə olan məlumata görə, neft 23 iyun 2025-ci ildən bəri ilk dəfə barel üçün 81 dolları keçərək 81,79 dollara (12,24% artım) satılıb.
Bakı vaxtı ilə saat 03:16-ya qədər neft artımını yavaşlatmış və 79,4 dollara (9,02% artım) satılıb.