Neft yenə də ucuzlaşdı
Energetika
- 06 sentyabr, 2021
- 12:12
“Saudi Aramco” şirkəti tərəfindən Asiya müştəriləri üçün oktyabr ayında satış qiymətlərinin azalacağına dair verilmiş açıqlamadan sonra bu gün dünya neft bazarında qiymətlər azalıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.37-ə olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyüçersləri 0,66 % ucuzlaşaraq 72,13 ABŞ dollarından, “WTI” markalı neftin oktyabr fyüçersləri də 0,65 % ucuzlaşaraq 68,83 ABŞ dollardan satılıb.
Qeyd edək ki, “Aramco” istinad rolu oynayan “Arab Light” markalı neftin qiymətini ekspertlərin güman etdiyi 0,6 ABŞ dollara qarşı 1,3 ABŞ dolları aşağı salıb. Bu qərar OPEC+ tərəfindən gündəlik hasilatın bundan sonra da hər ay 400 min barel artırılacağını açıqlamasından bir neçə gün sonra verilib.
Son xəbərlər
14:52
BMT-nin Cenevrədəki baş direktoru Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib
Xarici siyasət14:52
"Mançester Yunayted" İqor Matanoviçi heyətinə qatmağı düşünür
Futbol14:51
Ötən həftə 1700 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət14:47
"Xalq Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimə edilib
Maliyyə14:46
İran Fransa səfirliyinin iki əməkdaşını ölkəyə buraxmayacaq
Digər ölkələr14:37
"Real"ın hücumçusu Hakobo Orteqa Fransanın "Strasbur" klubuna keçib
Futbol14:36
Foto
Növbəti köç karvanları Xocavənd və Şuşaya çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-3
Daxili siyasət14:35
Foto
AZAL Atırauya ilk reysini həyata keçirib
İnfrastruktur14:35