Neft korreksiya çərçivəsində ucuzlaşıb
Energetika
- 16 yanvar, 2023
- 05:34
Ötən həftə əhəmiyyətli dərəcədə yüksələn neft qiymətlərində korreksiya çərçivəsində eniş qeydə alınıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,62 % ucuzlaşaraq 1 bareli 84,75 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.
Çində koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra "qara qızıl"a tələbatın artacağı ilə bağlı gözləntilər ötən həftə bu xammalın 8 %-dən çox bahalaşmasına səbəb olub.
Bu həftə isə investorların diqqəti Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqlayacağı hesabatlara yönələcək.
Son xəbərlər
22:49
Tbilisi dolama yolunun Azərbaycan istiqamətində hissəsi üzrə tenderin müddəti uzadılıb
Region22:35
Media: İran ABŞ əsgərlərini izləmək üçün fitnes tətbiqindən istifadə edə bilər
Region22:13
Fransada Vergi Xidmətinə kiberhücumdan sonra Böhran Qrupu toplanır
Digər ölkələr21:52
Türkiyə hərbçiləri Rumıniyada NATO-nun hava və raketdən müdafiə təliminə qatılıb
Region21:27
"Ferrari"nin ilk elektromobilinin qiyməti hərracda rekord qırıb
Maraqlı21:02
Berlində texnoparaddan sonra 50 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr20:55
Azərbaycan Premyer Liqasında daha bir qarşılaşma baş tutub
Futbol20:31
Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə edib
Digər ölkələr20:12
Foto