Neft Fondunun AÇG-dən gəlirləri 1,7 dəfə artıb

Energetika
  • 05 dekabr, 2022
  • 11:45
Neft Fondunun AÇG-dən gəlirləri 1,7 dəfə artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 9 milyard 161 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin 11 ayı ilə müqayisədə 3 milyard 889 milyon ABŞ dolları və yaxud 1,7 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ARDNF AÇG-dən 5 milyard 272 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.