Neft Emalı Zavodunun modernizasiyası üçün gömrük rüsumundan azad olmaqla bağlı 115 təsdiqedici sənəd verilib
- 23 yanvar, 2020
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir və tikinti işləri üçün ölkəyə gətirilən avadanlıqların və materialların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədi ilə 2019-cu il ərzində 115 təsdiqedici sənəd verilib.
”Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata əsasən, Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarının 4.30-cu bəndinə əsasən, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir və tikinti işləri üçün ölkəyə gətirilən avadanlıqların və materialların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədilə ötən il 115 təsdiqedici sənəd verilib.