“Neft Daşları”nda estakada əsaslı təmir olunub
Energetika
- 29 avqust, 2017
- 13:58
Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, 255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulub, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılıb, suüstü əlaqələr təmin edilib. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.
İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.
Son xəbərlər
07:46
Lukaku "Fənərbağça"ya keçməyə razılıq verib
Futbol07:17
Tacikistanda Əfqanıstanla sərhəddə yeni elektrik yarımstansiyası tikilib
Energetika06:52
ABŞ alimləri qasırğaları proqnozlaşdırmaq üçün köpək balıqlarından istifadə edir
Digər ölkələr06:22
Axios: ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir
Digər ölkələr05:58
İki Avropa ölkəsi 40 ildən sonra dəmir yolu əlaqəsini bərpa edir
Digər ölkələr05:27
Avropaya kokain tədarükünün təxminən üçdə birinə nəzarət edən cinayətkar həbs edilib
Digər ölkələr04:48
Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb
Digər ölkələr04:09
Oman sahillərində sanksiyalı neft tankeri batır, 800 kv.km ərazi çirklənib
Digər ölkələr03:46