Neft bahalaşıb
Energetika
- 19 may, 2022
- 05:27
ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının gözlənilməz azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,39% bahalaşaraq 1 bareli 110,63 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 1,01% artıb və 1 bareli 108,12 ABŞ dolları təşkil edib.
Neft bazarındakı nikbinliyə mayın 13-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatlarının 3,4 milyon barel azalaraq 420,8 milyon barelə düşməsi səbəb olub. Analitiklər isə 1,4 milyon barel artımın qeydə alınacağını gözləyirdilər.
Son xəbərlər
09:56
Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib
ASK09:51
Foto
Bakıda yayın son konserti keçirilib
Daxili siyasət09:49
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
Elm və təhsil09:48
Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxıb
İnfrastruktur09:47
Yaxın Şərqdəki gərginlik "Brent" neftinin qiymətini artırıb
Energetika09:38
Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
Fərdi09:31
Azərbaycan və Kamboca parlament əməkdaşlığını gücləndirmək niyyətindədir
Xarici siyasət09:30
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Futbol09:26