Neft bahalaşır

Energetika
  • 18 avqust, 2021
  • 06:32
Neft bahalaşır

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neft bahalaşır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:48-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 69,22 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,33% artaraq 1 bareli 66,56 ABŞ dolları, oktyabr fürerslərinin qiyməti isə 0,35% artaraq, 1 bareli 66,82 ABŞ dolları təşkil edib.

API-nin məlumatına görə, avqustun 13-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatları 1,16 milyon barel azalıb. Analitiklər ehtiyatların 1,26 milyon barel azalacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi tərəfindən neft ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi stastistikada 1,05 milyon barel azalmanın elan olunacağı gözlənilir.