Nazir: Xəzər Boru Kəməri Konsorsiumuna hücumlar Qazaxıstanın neft hasilatını azaldıb

Energetika
  • 11 dekabr, 2025
  • 12:02
Nazir: Xəzər Boru Kəməri Konsorsiumuna hücumlar Qazaxıstanın neft hasilatını azaldıb

Xəzər Boru Kəməri Konsorsiumuna hücumlar Qazaxıstan neft hasilatının 480 min ton azalmasına səbəb olub, lakin 2025-ci ilin planı yerinə yetiriləcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov jurnalistlərə deyib.

Nazir qeyd edib ki, 2026-cı il üçün hasilat planı hələ müəyyən edilməyib, lakin proqnozlara əsasən göstərici 2025-ci illə müqayisədə yataqlarda planlaşdırılan təmir işləri ilə bağlı aşağı olacaq.

"Noyabrın 29-dan (Xəzər Boru Kəməri Konsorsiumuna endirilən son hücum da daxil olmaqla) bu günə qədər itkilər 480 min ton təşkil edir. Növbəti il üçün hələ planlarımız yoxdur. Təbii ki, azalma olacaq, iri yataqlarda üç təmir işləri nəzərdə tutulur, planlar korrektə ediləcək", - deyə nazir qeyd edib.

O bildirib ki, 2025-ci ilin yekunları üzrə Qazaxıstan bu konsorsium vasitəsilə 68 milyon ton neft nəql edə biləcək.

"Xəzər Boru Kəməri Konsorsiumuna alternativ yoxdur. Biz bu il rekord həcmdə, 72 milyon ton neft hasilatını nəzərdə tuturduq, ancaq 68 milyon ton etsək, yaxşı olar", - deyə Y. Akkenjenov bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti