Nazir müavini: "Yaşıl enerji" istehsalı bu il 1 milyard kilovat-saat artacaq"

Energetika
  • 07 sentyabr, 2026
  • 13:02
Nazir müavini: Yaşıl enerji istehsalı bu il 1 milyard kilovat-saat artacaq

Azərbaycanda "yaşıl enerji" istehsalı bu il 1 milyard kilovat-saat artacaq.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

Onun sözlərinə görə, Azərbaycanda quraşdırılmış gücün artıq 21 %-ni "təmiz enerji" təşkil edir və 2027-ci ilin sonuna qədər bu göstərici 34 %-ə çatacaq: "Biz burada dayanmağı planlaşdırmırıq. Artıq bu il ötən illə müqayisədə 1 milyard kilovat-saat daha çox "yaşıl enerji" istehsal edəcəyik. Bu, həqiqətən də yaxşı göstəricidir.

İkincisi, elektrik enerjisi istehsalında itkilərin azaldılması baxımından da mühüm işlər görürük. Məsələn, bütün Qafqazda ən böyük elektrik stansiyası Azərbaycanda, Mingəçevir şəhərində yerləşən və 2,4 giqavat quraşdırılmış gücə malik elektrik stansiyasıdır. Bu, köhnə sovet sistemi idi və qaz qazanlarından istifadə olunurdu.

Biz Ansaldo qaz turbinləri gətirdik və onları köhnə qazanlara əlavə etdik. Bununla da səmərəliliyi 30 % artırdıq. Hazırda Azərbaycanın ən böyük elektrik stansiyası iki il əvvəlki ilə müqayisədə 30 % daha səmərəli işləyir. Bu stansiya ölkədə istehsal olunan bütün elektrik enerjisinin demək olar ki, 30 %-ni istehsal edir".

44 filmi