Nazir: "Azərbaycan və Böyük Britaniya gələcək əməkdaşlıq məqsədi ilə işçi qruplar yarada bilər"

Energetika
  • 06 oktyabr, 2026
  • 15:49
Nazir: Azərbaycan və Böyük Britaniya gələcək əməkdaşlıq məqsədi ilə işçi qruplar yarada bilər

Azərbaycan və Böyük Britaniya gələcək əməkdaşlıq məqsədi ilə işçi qruplar yarada bilər.

"Report" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.

"Gələcəkdə münasibətlərimizi daha da yaxınlaşdırmaq niyyətindəyik. Beləliklə, enerji, nəqliyyat, rəqəmsal transformasiya, süni intellekt və bu gün gündəmimizdə mühüm yer tutan bütün digər sahələr böyük potensiala malikdir. Bu, həqiqətən də, çox dərin və uzunmüddətli münasibətlərimizin olduğunu göstərir. Eyni zamanda, gələcəkdə istifadə edə biləcəyimiz böyük potensialın mövcudluğuna dair güclü siqnallar verir. Bu güclü komanda və qarşıdan gələn sessiyalar çərçivəsində, ehtimal ki, növbəti sessiyanı gözləmədən əlaqədə qalacağıq. Bütün bu məsələləri praktiki şəkildə müzakirə etmək və mümkün qədər tez mühüm nəticələr əldə etmək üçün vacib olan işçi qrupları yaratmağa çalışacağıq", - deyə o qeyd edib.

44 - Tezliklə