Moldovalı nazir: "Yaşıl keçid iqtisadi baxımdan dayanıqlı olmalıdır"

Energetika
  • 01 iyun, 2026
  • 15:45
Moldovalı nazir: Yaşıl keçid iqtisadi baxımdan dayanıqlı olmalıdır

Yaşıl keçid sosial cəhətdən ədalətli və iqtisadi baxımdan dayanıqlı olmalıdır.

"Report" xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Junqetu 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, digər ölkələr kimi, Moldovanın da qarşısında üç əsas hədəf və çağırış dayanır: "Birincisi, təchizatın təhlükəsizliyidir. İkincisi, enerji qiymətlərinin əlçatanlığı və rəqabətqabiliyyətliliyidir. Və təbii ki, yaşıl transformasiyanın, yaşıl gündəliyin irəliyə aparılmasıdır. Yaşıl keçidin sosial cəhətdən ədalətli, eləcə də iqtisadi baxımdan dayanıqlı olmasına diqqət yetirməli olduğumuz halda, eyni zamanda, ev təsərrüfatları və əlbəttə ki, biznes üçün rəqabətqabiliyyətliliyin və qiymət münasibliyinin olduqca vacib olduğunu da unutmamalıyıq.

Buna görə də, Moldovada diqqətimizi yalnız yeni nəsil istehsal güclərinin qurulmasına yönəltmirik. Həmçinin enerji səmərəliliyi layihələri, şəbəkənin modernləşdirilməsi və yeni anbar güclərinin inteqrasiyası istiqamətində də irəliləyişlər əldə edirik. Bunlar enerjini daha əlçatan etməyə və bazarda rəqabətqabiliyyətliliyi qoruyub saxlamağa kömək edəcək üç əsas komponentdir".

44 - Tezliklə