MOL Azərbaycanda gündəlik neft hasilatını 12 % azaldıb

Energetika
  • 12 avqust, 2024
  • 05:47
MOL Azərbaycanda gündəlik neft hasilatını 12 % azaldıb

Bu ilin birinci yarısında Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik neft hasilatı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 12 % azalaraq 12,6 min barel neft ekvivalenti təşkil edib.

"Report" bu barədə şirkətin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə MOL şirkəti qlobal layihələr (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycanda və s.) üzrə ümumilikdə orta hesabla 38,5 min barel neft (azalma 1 %) hasil edib. Qeyd olunan dövrdə şirkətin ümumi neft hasilatının 32,7 %-i Azərbaycanın payına düşüb.

Bu ilin ikinci rübündə MOL şirkətinin Azərbaycanda gündəlik hasilat həcmi 12,3 min barel təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 8,9 % azdır.

Bu ilin ikinci rübündə MOL-un dünya ölkələrində həyata keçirilən layihələr üzrə ümumi neft hasilatı 39 min barel (artım 9 %) təşkil edib. Bu dövrdə dünya üzrə bütün hasilatın 31,5 %-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki9, hazırda MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Şirkət 8 ölkədə istehsal, 14 ölkədə tədqiqat fəaliyyəti həyata keçirir.