"Masdar" şirkətinin nümayəndə heyəti "Biləsuvar" GES-də aparılan işlərlə tanış olub
- 28 fevral, 2026
- 22:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Biləsuvar" Günəş Elektrik Stansiyasının (GES) tikintisinə baxış keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon rəhbərliyi və BƏƏ-nin "Masdar" baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahinin başçılıq etdiyi nümayəndə heyəti rayonda inşası sürətlə davam edən GES-də aparılan işlərlə yaxından tanış olublar.
Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və strateji tərəfdaş olan SOCAR-ın nümayəndələri də iştirak edib.
445 MVt gücündə olacaq nəhəng enerji obyektinin geniş tikinti sahəsinə yerində baxış keçirilərək mövcud vəziyyət müzakirə edilib.
"Masdar" şirkətinin nümayəndələri tərəfindən tikinti prosesində tətbiq olunan innovativ texnologiyalar barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, "Biləsuvar" GES Azərbaycanın yaşıl enerji strategiyasında ən mühüm və strateji nöqtələrdən biri kimi çıxış edəcək və layihə bölgənin ekoloji mühitinin qorunmasına, atmosferə atılan karbon emissiyasının ciddi şəkildə azaldılmasına böyük töhfə verəcək.