Masazır qəsəbəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Energetika
  • 06 dekabr, 2018
  • 06:34
Masazır qəsəbəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinn verilişində qısamüddətli fasilələr yaranacaq. 

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidnətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

O, fasiləni Məhəmmədi qəsəbəsindəki yenidənqurma işləri, elektrik enerjisinin dayanıqlığı məqsədilə 35/10 kV-luq “Məhəmmədi” y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi ilə izah edib. 

Qurumun rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib. 

44 - Tezliklə