Maroş Şevçoviç: "Cənub qaz dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet məsələdir"

Energetika
  • 12 fevral, 2015
  • 14:31
Maroş Şevçoviç: Cənub qaz dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet məsələdir

Bakı. 12 fevral. REPORT.AZ/ "Cənub qaz dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet məsələdir".

"Report"un verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç jurnalistlərə açıqlamasında bildirib.

M.Şevçoviç bu gün Bakıda keçirilmiş Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasını yüksək qiymətləndirərək qeyd edib ki, bütün nazirlər layihəni dəstəklədilər: "Biz işimizi Cənub qaz dəhlizi layihəsinin inkişafını nəzərdə tutan tədbirlər planı əsasında davam etdirmək qərarına gəldik".

Vitse-prezident layihənin Avropaya enerji resurslarının ixracatının diversifikasiyasını təmin etmək baxımından vacib olduğunu vurğulayıb.