“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib
Energetika
- 06 iyul, 2021
- 12:39
ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.
"Report"un şirkətin maliyyə hesabatına əsasən verdiyi məlumatına görə, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.
Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib. Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib.
Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.
Qeyd edək ki, “Marathon Petroleum Corporation” şirkəti ABŞ-ın enerji sektorunda 1887-ci ildən fəaliyyət göstərir.
Son xəbərlər
11:33
"Apple"ın Azərbaycanın planşet bazarındakı payı son 2 ayda 2,5 dəfə azalıb
İKT11:32
Gürcüstanda "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi rüşvətə görə saxlanılıb
Region11:31
Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Energetika11:29
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:22
Foto
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
Fərdi11:16
Batumidə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
Daxili siyasət11:09
Fərid Namazov: "İmişli"nin mənə təklif göndərəcəyini gözləmirdim"
Futbol11:01
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Xarici siyasət11:00
Video