Maltanın SOCAR ilə LNG müqaviləsi: 7 ildə enerji xərclərinə qənaət
- 16 fevral, 2022
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyada və bütün Avropada enerji xərcləri artmaqda davam edərkən, ada dövləti olan Maltanın 2014-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış müqaviləyə əsasən qiymətləri sabit qalıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, 18 illik mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü şəklində olan saziş keçmiş Baş nazir Cozef Muskat tərəfindən sürətləndirilib.
C.Maskat hökuməti tərəfindən imzalanmış 7 illik sabit qiymətli LNG alqı-satqısı müqaviləsi - yanacağın qiymətinin artımından qoruyib ki, bu da Maltanın son 12 ayda sabit qalan enerji xərclərinə töhfə verib.
Böyük Britaniyanın enerji xərclərinin artımını davam etdirməsi ilə yanaşı, onun qaz idxalının növbəti 30 il ərzində kəskin şəkildə artacağı proqnozlaşdırılır ki, bu da daha yüksək xərclərlə nəticələnə bilər.
Albaniya üzrə keçmiş energetika və sənaye nazirinin müavini Dorian Duckanın sözlərinə görə, Malta Avropa İttifaqının qaza hələ keçməmiş digər adalarından daha yaxşı vəziyyətdədir.
Maltanın SOCAR ilə LNG müqaviləsinə əsasən, martda başa çatacaq qiymətlərin dondurulması artıq altı ay ərzində üç illik yüksək ödənişləri azaldıb.
Maltanın sabit qiymət müqaviləsi sona yaxınlaşdıqca və heç bir təsirin azaldılması planı olmadığından, Baş nazir Robert Abela 200 milyon funt sterlinq dəyərində hökumət vəsaitləri ilə qiyməti dondurmağa başlayıb.
Razılaşma “ElectroGas” enerji şirkətinin adanın cənubunda yerləşən neft elektrik stansiyasını yenidən təchiz etməsinə səbəb olub. LNG ilə işləyə bilən zavoddan CO2 emissiyaları 2017-ci ildən 2020-ci ilə qədər 50 %-dən çox azaldılıb.
“ElectroGas”ın layihəsi ətraf mühitə təsirləri əhəmiyyətli dərəcədə azaldıb və Maltanı daha dayanıqlı və etibarlı enerji təchizatına köçürüb. Bu, Malta xalqı üçün yaxşı xəbər və planet üçün daha yaxşı xəbərdir”, - deyə şirkətdən bildirib.
Rusiya-Ukrayna gərginliyinin artması ilə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından asılılığının enerji xərclərinin kəskin artması ilə nəticələnəcəyi gözlənilir. Yaponiya və ABŞ artıq Aİ-nin mövcud qaz ehtiyatlarını artırmaq üçün LNG-nin Avropaya nəqli planlarını açıqlayıblar. Hazırda Böyük Britaniya Rusiya təbii qaz tədarükünün 5 %-dən az asılıdır ki, bu da enerji qiymətlərindəki artımların həcmini minimuma endirməyə kömək edə bilər.