Liviyadan neft tədarükünün azalması neftin cüzi bahalaşmasına səbəb olub

Energetika
  • 18 aprel, 2022
  • 06:43
Liviyadan neft tədarükünün azalması neftin cüzi bahalaşmasına səbəb olub

Liviyanın hazırki Baş naziri Abdulla Hamid Dbeybəyə qarşı etiraz aksiyası səbəbindən iki ixrac limanının fəaliyyətini dayandırması nefti bahalaşdırıb.

“Report” “İnterfaks” a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçersləri 0,63% və ya 0,7 ABŞ dolları bahalaşaraq, 111,7 ABŞ dollarına satılıb.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,6% və ya 0,64 ABŞ dolları artaraq, 1 bareli 106,95 ABŞ dolları təşkil edib.

Liviyanın dövlət neft şirkəti olan “National Oil Corp.” gündəlik, təqribən, 65 min barel neftin hasil edildiyi “El Feel” yatağında hasilatın dayandırıldığını açıqlayıb. Nəticədə “Mellitah” ixrac terminalı vasitəsilə neft tədarükü dayandırılıb.

Bundan başqa, Zuveytin ixrac terminalında da işlər dayandırılıb.