Kürdəmirdə 4 500 abunəçi qazsız qalıb
Energetika
- 23 fevral, 2022
- 13:48
Bu gün saat 10:30 radələrində Kürdəmir rayonunun Muğanlı kəndində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt 1 saatdan artıq müddətdə təzyiq altında qalıb. Uzunluğu 26 km olan xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abunəçisi və 3 sənaye obyektinin qaz təchizatı kəsilib.
Hazırda təmir bərpa işləri həyata keçirilir. Günün sonuna qədər qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq.
Kürdəmirdə 4 500 abunəçi qazsız qalıb
Son xəbərlər
12:40
Devid Hiqqins: COP31 geosiyasi gərginlik, enerji qeyri-sabitliyi və qlobal qeyri-müəyyənlik fonunda keçiriləcək
Ekologiya12:36
Papuaşvili: Gürcüstanda seçkilərə xaricdən müdaxilə cəhdləri olub
Region12:19
"Fiorentina" sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır
Futbol12:19
COP30-un icraçı direktoru: İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir
Xarici siyasət12:18
Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq - PROQNOZ
Ekologiya12:16
Foto
Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər - YENİLƏNİB
Din12:15
Foto
QHT-lər kibertəhlükəsizlik qaydalarını, müdafiə üsullarını öyrəniblər
İKT12:14
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Sağlamlıq12:09