Külevi limanı ilə bağlı sanksiya məsələsi gündəmdən çıxarılıb
- 16 aprel, 2026
- 01:25
Külevi limanı ilə bağlı sanksiya məsələsi gündəmdən çıxarılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib.
Onun sözlərinə görə, Külevi limanı ilə bağlı mümkün sanksiya məsələsinin artıq gündəmdə olmadığını açıqlayıb.
"Vaxtilə Külevi limanı ilə bağlı əsassız şəkildə sanksiya tətbiqi təşəbbüsü irəli sürülüb, lakin bunun üçün heç bir hüquqi əsas olmayıb. Gürcüstan tərəfi məsələni aradan qaldırmaq üçün Avropa tərəfdaşları ilə intensiv iş aparıb və bütün zəruri sənədlər təqdim olunub. Bu iş öz bəhrəsini verdi və Külevi limanının lisenziyalaşdırılması məsələsi artıq gündəmdə deyil", - deyə nazir vurğulayıb.
O əlavə edib ki, belə əsassız təşəbbüslər gələcəkdə də yarana bilər və bu, müəyyən risklər yaradır. Nazir bildirib ki, Gürcüstanın bu kimi hallarda əsas üstünlüyü həqiqətə və şəffaflığa əsaslanan mövqeyidir.