Kommersiya direktoru:“TAP-ın kommersiya əməliyyatlarına 2020-ci ildə başlanması üçün hazırlıqlar görülür”

Energetika
  • 15 may, 2019
  • 08:21
Kommersiya direktoru:“TAP-ın kommersiya əməliyyatlarına 2020-ci ildə başlanması üçün hazırlıqlar görülür”

"Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) kommersiya əməliyyatlarının 2020-ci ildə başlanması üçün hazırlıqlar davam edir".

“Report” xəbər verir ki, bunu TAP konsorsiumunun kommersiya direktoru Mariya Savova bildirib.

O qeyd edib ki, TAP yay aylarında bazar testini başlamağı planlaşdırır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib.