Kəlbəcərdə yerləşən 3 KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb
- 25 avqust, 2026
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
İstifadəyə verildiyi tarixdən bu ilin iyul ayınadək Kəlbəcər rayonunda Tərtər çayının üzərində yerləşən "Çıraq-1" kiçik elektrik stansiyasında (KSES) 65,6 milyon kVt/saat, "Soyuqbulaq" KSES-də 61 milyon kVt/saat, Qaraarxac çayı üzərində yerləşən "Çıraq-2" KSES-də isə 57 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə "Report"a Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, su elektrik stansiyalarının fəaliyyəti "yaşıl enerji"nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.
Qeyd edək ki, 25 avqust 2023-cü il tarixində Kəlbəcər rayonunda Tərtər çayının üzərində 8,33 MVt gücündə "Çıraq-1" və 5,3 MVt gücündə "Soyuqbulaq" kiçik külək elektrik stansiyaları (KSES), Qaraarxac çayı üzərində isə 6 MVt gücündə "Çıraq-2" KSES istismara verilib.