"KazMunayQaz" və "Özbəkneftqaz" SOCAR və "Tatneft"lə imzalanmış memorandumun icrasını müzakirə edib
- 03 oktyabr, 2025
- 13:11

Astanada "KazMunayQaz" (KMG), "Özbəkneftqaz", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Tatneft" şirkəti arasında rəqəmsallaşma və sənaye təhlükəsizliyi sahəsində imzalanmış dördtərəfli memorandumun həyata keçirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə "KazMunayQaz" məlumat yayıb.
Məlumata görə, müzakirələr Qazaxıstan şirkətinin idarə heyətinin (İH) sədri Asxat Xasenov və "Özbəkneftqaz"ın İH-nin sədri Baxodirjon Sidikov arasında keçirilmiş görüşdə baş tutub.
Tərəflər, o cümlədən geoloji kəşfiyyat sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Hazırda Qazaxıstan və Özbəkistandakı perspektivli geoloji sahələrdə layihələrə baxılması üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Bununla yanaşı, neft-qaz emalı və neft-kimya sahələrinə xüsusi diqqət ayrılıb.