İtaliyanın tədarük etdiyi neftin təxminən 17 %-i Azərbaycanın payına düşüb
- 30 oktyabr, 2024
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında İtaliya Azərbaycandan 6 milyon 345,105 min ton neft idxal edib.
“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % azdır.
Bu ilin 8 ayında Azərbaycandan 3 milyon 205,888 min ton “Azeri Blend” (38 % çox) və 3 milyon 139,217 min ton “Azeri Light” markalı neft (1,6 dəfə az) tədarük edilib.
Bu dövrdə “Azeri Blend” nefti İtaliya tərəfindən 89,21 ABŞ dolları dəyərində (2023-cü ilin yanvar-avqust aylarında – 85,05 ABŞ dolları/barel), “Azeri Light” markalı neft 88,98 ABŞ dolları dəyərində (86,20 ABŞ dolları) alınıb.
Ümumilikdə, 8 ay ərzində İtaliya 37 milyon 895,379 min ton neft (4,3 % az) idxal edib. Beləliklə, tədarükün 16,74 %-i Azərbaycandan neftin payına düşüb.
Avqust ayında İtaliya Azərbaycandan 775,199 min ton (14,2 % az) neft idxal edib. Bununla yanaşı, 436,187 min ton “Azeri Blend” nefti (1,6 dəfə çox), 339,012 min ton “Azeri Light” markalı neft (1,9 dəfə az) tədarük edilib.
Avqustda İtaliya tərəfindən “Azeri Blend” neftinin bir bareli 85,34 ABŞ dolları dəyərində (2023-cü ilin avqustunda - 90,92 ABŞ dolları), “Azeri Light” markalı neftin bir bareli 88,13 ABŞ dolları dəyərində (93,04 ABŞ dolları) alınıb.
Ümumilikdə, avqust ayında İtaliya 4 milyon 679,223 min ton neft (10,6 % az) idxal edib, tədarükün 16,6 %-ni Azərbaycan nefti təşkil edib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə İtaliyaya ən böyük neft ixracatçısı olub. Bu ölkəyə təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. Ötən il İtaliya “Azeri Light” neftinin idxalını 2022-ci illə müqayisədə 17,8 % - 7,3 milyon tona, “Azeri Blend” neftinin idxalını 41,2 % - 4 milyon tona qədər artırıb.