İtaliyanın 5 ayda Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlanıb
- 01 avqust, 2025
- 17:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında İtaliya Azərbaycandan 4 milyon 75,672 min ton neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 % azdır.
Bu barədə "Report" İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan 1 milyon 64,461 min ton “Azeri Blend” (-2 dəfə) və 3 milyon 11,211 min ton “Azeri Light” markalı neft (+1,9 dəfə) tədarük edilib.
İtaliya “Azeri Blend” markalı neftin 1 barelini 73,34 ABŞ dollarına (2024-cü ilin yanvar-may aylarında 90,02 ABŞ dolları), “Azeri Light” markalı neftin 1 barelini isə 74,37 ABŞ dollarına (90,62 ABŞ dolları) alıb.
5 ayda İtaliyaya neft tədarükünün ümumi həcmində Azərbaycanın payı 16,95 % təşkil edib.
2024-cü ildə İtaliya Azərbaycandan 9,3 milyon ton neft (azalma 17,7 %) idxal edib. Bu dövrdə İtaliyaya neft tədarükünün 16,4 %-ni Azərbaycan təmin edib.