İtaliyanın 2 ayda Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlanıb
- 29 aprel, 2025
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında İtaliya Azərbaycandan 1 milyon 275,854 min ton neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır.
Bu barədə "Report" İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan 477,263 min ton “Azeri Blend” (-1,8 dəfə) və 798,591 min ton “Azeri Light” markalı neft (+1,6 dəfə) tədarük edilib.
İtaliya “Azeri Blend” markalı neftin 1 barelini 75,52 ABŞ dollarına (2024-cü ilin yanvar-fevral aylarında 88,6 ABŞ dolları), “Azeri Light” markalı neftin 1 barelini isə 83,58 ABŞ dollarına (90,04 ABŞ dolları) alıb.
Bu ilin yanvar-fevral aylarında İtaliyaya neft tədarükünün ümumi həcmində Azərbaycanın payı 13,9 % təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə İtaliya Azərbaycandan 9,3 milyon ton neft (azalma 17,7 %) idxal edib. Bu dövrdə İtaliyaya neft tədarükünün 16,4 %-ni Azərbaycan təmin edib.