İtaliya ötən il Azərbaycandan idxal etdiyi neftin həcmini açıqlayıb

Energetika
  • 25 fevral, 2025
  • 12:34
İtaliya ötən il Azərbaycandan idxal etdiyi neftin həcmini açıqlayıb

Ötən il İtaliya Azərbaycandan 9,3 milyon ton neft idxal edib ki, bu da 2023-cü illə müqayisədə 17,7 % azdır.

Bu barədə "Report" İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.

Azərbaycandan 4,5 milyon ton “Azeri Blend” markalı neft (+12,9 %) və 4,8 milyon ton “Azeri Light” markalı neft (-1,5 dəfə) tədarük edilib.

“Azeri Blend” nefti İtaliya tərəfindən 1 bareli 86,34 ABŞ dollarına (2023-cü ildə 1 bareli 86,31 ABŞ dolları), “Azeri Light” markalı neftin 1 bareli isə 85,83 ABŞ dollarına (89,21 ABŞ dolları) alınıb.

Ümumilikdə, 2024-cü ildə İtaliya 56,7 milyon ton neft (-7,4 %) idxal edib. Beləliklə, tədarüklərin 16,4 %-i Azərbaycanın payına düşüb.

İtaliyaya ən böyük neft tədarükçüləri siyahısında Azərbaycan 2-ci yeri tutub. Siyahıya Liviya (11,9 milyon ton), Qazaxıstan (8,3 milyon ton), İraq (5,3 milyon ton), ABŞ (4,9 milyon ton), Səudiyyə Ərəbistanı (təxminən 4 milyon ton) və Nigeriya (3,9 milyon ton) daxildir.

44 - Tezliklə