İtaliya bu il Azərbaycandan idxal etdiyi neftin 35 %-i ilə liderliyini qoruyur

Energetika
  • 17 aprel, 2024
  • 07:47
İtaliya bu il Azərbaycandan idxal etdiyi neftin 35 %-i ilə liderliyini qoruyur

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 milyon 930 min 858,25 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 233 milyon 891,32 min ABŞ dolları təşkil edib.

İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü lə müqayisədə 14,1 %, dəyəri isə 14,2 % azdır.

İtaliyaya tədarük edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 34,47 % olub.

Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 490 milyon 147,94 min ABŞ dolları dəyərində 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Tcarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə