İtaliya Azərbaycanın ixrac etdiyi neftin 46 %-ini almaqla liderliyini qoruyub saxlayıb

Energetika
  • 18 dekabr, 2024
  • 11:32
İtaliya Azərbaycanın ixrac etdiyi neftin 46 %-ini almaqla liderliyini qoruyub saxlayıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 9 milyon 862 min 810,89 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 141 milyon 532,20 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilineyni dövrü ilə müqayisədə 5,6 %, dəyəri isə 7,8 % azdır.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 45,75 % olub.

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,40 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.