İtaliya Azərbaycandan idxal etdiyi neftin 35 %-i ilə liderliyini qoruyub
- 19 mart, 2024
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 milyon 628 min 532,35 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 032 milyon 904,36 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 10,14 %, dəyəri isə 10,8 % azalıb.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ölkənin ümumi neft ixracında payı 35,44 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 826 milyon 058,64 min ABŞ dolları dəyərində 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.