İtaliya Azərbaycandan “Azeri Blend” markalı neftin idxalını 30 %-ə yaxın artırıb
- 03 fevral, 2025
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında İtaliya Azərbaycandan 8 milyon 649,662 min ton neft idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % azdır.
Bu barədə “Report” İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
11 ayda Azərbaycandan 4 milyon 363,737 min ton “Azeri Blend” (+ 29,8 %) və 4 milyon 285,925 min ton “Azeri Light” markalı neft (- 37 %) tədarük edilib.
Hesabat dövründə İtaliya “Azeri Blend” markalı neftin bir barelini 86,54 ABŞ dollarına (bir il əvvəl bu göstərici 87,12 ABŞ dolları olub), “Azeri Light” markalı neftin bir barelini isə 86,64 ABŞ dollarına (89,23 ABŞ dolları) alıb.
Ümumilikdə ötn ilin 11 ayı ərzində İtaliya 51 milyon 189,688 min ton neft (- 7,4 %) idxal edib. Beləliklə, tədarükün 16,9 %-i Azərbaycanın payına düşüb.
Azərbaycan 2023-cü ildə İtaliyaya ən böyük neft ixracatçısı olmaqla bu ölkəyə təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. İtaliya ötən il “Azeri Light” markalı neftin idxalını 17,8 % artıraraq 7,3 milyon tona, “Azeri Blend” markalı neftin idxalını isə 41,2 % artıraraq 4 milyon tona çatdırıb.