İtaliya Azərbaycan neftinin 37 %-dən çoxunu almaqla liderliyini qoruyub saxlayıb
- 16 sentyabr, 2024
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 6 milyon 226 min 091,81 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 940 milyon 368,79 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 17,6 %, dəyəri isə 16,1 % azdır.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 37,8 % olub.
Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.