İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

Energetika
  • 09 iyun, 2023
  • 18:29
İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

Türkiyənin İstanbul şəhərində “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf tviterdə bildirib.

SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə baş tutan iclasda “SOCAR Türkiyə”nin ötən ilə dair yekunları haqqında danışılıb, 2023-cü ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.