İrlandiya Azərbaycandan neft idxalını 3 dəfəyə yaxın azaldıb

Energetika
  • 24 yanvar, 2025
  • 13:52
İrlandiya Azərbaycandan neft idxalını 3 dəfəyə yaxın azaldıb

2024-cü ildə Azərbaycandan İrlandiyaya 236 min 571,80 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 139 milyon 774,63 min ABŞ dolları təşkil edib.

Ötən il ərzində Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 2,7 dəfə, dəyəri isə 2,6 dəfə azalıb.

Ötən il Azərbaycandan İrlandiya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1 % olub.

Qeyd edək ki, 2024-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.