İrəvan və Vaşinqton atom enerjisi üzrə danışıqları başa çatdırıb

Energetika
  • 28 yanvar, 2026
  • 16:25
İrəvan və Vaşinqton atom enerjisi üzrə danışıqları başa çatdırıb
Ararat Mirzoyan

Ermənistan ABŞ ilə atom enerjisi sahəsində əməkdaşlıq üzrə danışıqları tamamlayıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz artıq nüvə enerjisi sahəsində əməkdaşlığı təmin edəcək saziş üzrə danışıqları başa çatdırmışıq. Beləliklə, Ermənistan və ABŞ arasında münasibətlər inkişaf etməkdə davam edir", - deyən Mirzoyan əlavə edib ki, Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlıq qurulub.

O, amerikalı həmkarları ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün yeni istiqamətlər və imkanların araşdırıldığını bildirib. "Hazırda biz hər iki tərəfin hazırlığını və marağını görür və inanırıq ki, bu, daha sıx əməkdaşlığa gətirib çıxaracaq", - deyə XİN rəhbəri əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti