İnkişaf etməkdə olan ölkələrin elektrikləşdirilməsi ilə bağlı yeni mexanizm hazırlanır

Energetika
  • 07 sentyabr, 2026
  • 12:18
İnkişaf etməkdə olan ölkələrin elektrikləşdirilməsi ilə bağlı yeni mexanizm hazırlanır

İnkişaf etməkdə olan ölkələrin elektrikləşdirmə ilə bağlı hədəflərinə çatması üçün yeni mexanizm hazırlanır.

"Report" xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

Onun sözlərinə görə, "Bridge" (Körpü) adlandırılan və inkişaf etməkdə olan ölkələrin maliyyə vəsaitlərinə çıxışını asanlaşdıracaq mexanizm üzərində işlər gedir: "Bunun ilk tətbiqlərini Nyu-Yorkda 6 ölkənin iştirakı ilə pilot layihə kimi elan edəcəyik. Böyük ehtimalla, burada əsas istiqamət elektrikləşdirmə olacaq. Bu hədəfə çatarkən inkişaf etməkdə olan ölkələri dəstəkləyəcək mexanizmləri də təqdim etmək istəyirik. Bununla heç bir dövlətin geridə qalmayacağı bir hədəf ortaya qoyacağıq. Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin bəziləri, xüsusilə kiçik ada dövlətləri və Afrika ölkələri bu hədəflərə çatmaq üçün həm maliyyə, həm də texniki baxımdan dəstəyə ehtiyac duyur.

COP Sədrliyi olaraq biz də bu işi müvafiq dəstək paketi ilə birlikdə COP31 çərçivəsinə gətirəcəyik.

Elektrifikasiya sahəsində bir çox istiqamət ola bilər. Lakin bizim diqqət yetirdiyimiz əsas sahələr sənaye, nəqliyyat, binalarda enerji səmərəliliyi və binalarda elektrifikasiyanın tətbiqidir. Bütün bunlar bizi qarşıya qoyduğumuz hədəfə çatdırmaq üçün seçilmiş əsas istiqamətlərdir".

44 - Tezliklə