Azərbaycan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı prioritet istiqamət olaraq qalır

Energetika
  • 13 noyabr, 2025
  • 16:00
Azərbaycan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı prioritet istiqamət olaraq qalır

Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlıq və "yaşıl enerji"nin inkişafı da prioritet istiqamət olaraq qalır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir: "2016-cı ildən bəri "OZLITINEFTGAZ" İnstitutunun və "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi uğurla fəaliyyət göstərir".

Dövlət başçısı qeyd edib ki, 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

Son xəbərlər

Bütün Xəbər Lenti