İki ölkədən Azərbaycana maye sayğaclarının idxalı bərpa edilib

Energetika
  • 10 oktyabr, 2022
  • 07:04
İki ölkədən Azərbaycana maye sayğaclarının idxalı bərpa edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 109,26 min ABŞ dolları dəyərində 356 ədəd maye sayğacı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45,3 % çoxdur, kəmiyyət olaraq – 43 % azdır.

Türkiyədən 52,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 216 ədəd (+25 %), Rusiyadan 41,98 min ABŞ dolları dəyərində (+75 %) 6 ədəd (-14 %), Amerika Birləşmiş Ştatlarından 5,65 min ABŞ dolları dəyərində (+5,7 dəfə) 2 ədəd (+2 dəfə), Çindən 3,11 min ABŞ dolları dəyərində 62 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 2,94 min ABŞ dolları dəyərində (-37,7 %) 11 ədəd (dəyişməyib) cihaz gətirilib.

Dörd il 10 aylıq fasilədən sonra Danimarkadan, 2 il 9 ayın tamamında Fransadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,18 min ABŞ dolları dəyərində 1 ədəd və 0,24 min ABŞ dolları dəyərində 5 ədəd sayğac alınıb.

Hesabat dövründə Azərbaycan 190,2 min ABŞ dolları dəyərində (-42,2 %) 15 min 344 ədəd (-36,5 %) maye sayğacı ixrac edib.

Qazaxıstan və Gürcüstan Azərbaycandan müvafiq olaraq 119,37 min ABŞ dolları dəyərində (+19,5 %) 10 min 131 ədəd (+1,3 %) və 70,83 min ABŞ dolları dəyərində (-41,3 %) 5 min 213 ədəd (-63,2 %) sayğac alıb.