İki ölkə Azərbaycandan aviasiya yanacağının alışını bərpa edib
- 13 sentyabr, 2022
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 29,524 milyon ABŞ dolları dəyərində 33 min 438 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Lüksemburqa 15,762 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,4 dəfə artıb) 19 min ton (+2,2 dəfə), Türkiyəyə 3,486 milyon ABŞ dolları dəyərində (+4,4 dəfə) 3 min 547 ton (+3,4 dəfə), Rusiyaya 2,946 milyon ABŞ dolları dəyərində (+10,4 dəfə) 2 min 955 ton (+8 dəfə), Gürcüstana 2,045 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 599 ton (+28 %), Birləşmiş Ərəb Əmirliklərinə 1,319 milyon ABŞ dolları dəyərində (+30 dəfə) 1 min 330 ton (+23 dəfə) məhsul satılıb.
Bir il 3 ayın tamamında İrana, 1 il 2 aylıq fasilədən sonra İraqa tədarük bərpa edilib. Həmin ölkələrə müvafiq olaraq 28,17 min ABŞ dolları dəyərində 23,78 ton və 8,5 min ABŞ dolları dəyərində 9,02 ton aviasiya yanacağı satılıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.