IEC enerji saxlama qurğuları üçün beynəlxalq standartlar alınmasında Azərbaycana kömək edəcək

Energetika
  • 21 sentyabr, 2024
  • 12:15
IEC enerji saxlama qurğuları üçün beynəlxalq standartlar alınmasında Azərbaycana kömək edəcək

Azərbaycanın Energetika Nazirliyi enerji saxlama qurğuları üçün beynəlxalq standartların əldə edilməsi prosesinə Beynəlxalq Elektrotexniki Komissiyanı (IEC) cəlb edib.

Bu barədə “Report” dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, IEC Energetika Nazirliyi tərəfindən keçirilən tenderin nəticələrinə əsasən seçilib.

IEC ilə 3 730,66 manatlıq müvafiq müqavilə imzalanıb. Müqavilə üzrə işlər 31 dekabr 2024-cü ilə qədər başa çatdırılmalıdır.

Xatırladaq ki, Energetika Nazirliyinin qiymətləndirməsinə görə, 2 QVt “yaşıl enerji"nin inteqrasiyası üçün Azərbaycanda 250 MVt-lıq saxlanc yeri lazımdır. Layihənin 2027-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur, amma ilkin mərhələdə 50 MVt gücündə enerji saxlancı sisteminin bu ilin sonunadək yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, Beynəlxalq Elektrotexniki Komissiya texniki sənədlərdə - IEC standartlarında təsvir olunan bütün elektrik, elektron və əlaqəli texnologiyaları standartlaşdıran qeyri-kommersiya təşkilatıdır.

Təşkilatın baş ofisi Cenevrədə yerləşir, regional ofisləri isə Vuster (ABŞ), San Paulu (Braziliya), Sinqapur, Nayrobi (Keniya) və Sidneydə (Avstraliya) yerləşir.

44 filmi