Dünyada neft hasilatı azalır
Energetika
- 14 sentyabr, 2021
- 09:57
Dünyada gündəlik neft hasilatı iyul ayından avqustadək 0,54 milyon barel azalaraq 96,1 milyon barelədək geriləyib.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında bildirilir.
Bununla yanaşı, avqust ayında OPEC ölkələrindəki hasilat həcmi 210 min barel artaraq 26,89 milyon barelə çatıb. Bu artım daha çox Səudiyyə Ərəbistanı və İraqın hesabına əldə edilib. Belə ki, Səudiyyə Ərəbistanı avqust ayında gündəlik hasilatı 100 min barel artıraraq 9,56 milyon barelə çatdırsa da, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşma çərçivəsindəki öhdəliyi 3 faiz aşır.
Son xəbərlər
03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00
ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
Digər ölkələr02:39
Gürcüstanda mikroavtobus qəzasında azı 4 Belarus vətəndaşı ölüb
Digər ölkələr02:26
Xavi Niderland yığmasının baş məşqçisi təyin edilib
Futbol02:12
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
Hadisə01:34
Şəkidə sel fəsadlara səbəb olub
Hadisə01:09
Abşerondakı qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə00:55