I rübdə Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi açıqlanıb
- 22 aprel, 2026
- 11:07
Bu ilin I rübündə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 47,354 milyon barel neft nəql edilib.
Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin ilk rübü ilə müqayisədə 4,889 milyon barel və yaxud 9,4 % azdır. Təkcə, martda isə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 16,412 milyon barel neft nəql edilib. Bu da 2025-ci ilin martına nisbətən 2,213 milyon barel və yaxud 11,9 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri ilə 206,434 milyon barel neft nəql edilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.