İmişlidə 1 000-dən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılıb

Energetika
  • 16 iyun, 2020
  • 10:38
İmişlidə 1 000-dən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılıb

Bu gün İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobil qaz tənzimləyici şkafa çırpılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə qaz tənzimləyicisi yararsız hala düşüb və bu zaman 1 000-dən çox abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Hadisənin fəsadları aradan qaldırılır.

44 - Tezliklə