İEA rəhbəri: "ABŞ neft-qaz hasilatında dünya liderinə çevrilib"
Energetika
- 10 iyul, 2017
- 15:20
Bakı. 10 iyul. REPORT.AZ/ "ABŞ həm neft, həm də qaz hasilatında dünya liderinə çevrilib."
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Beynəlxalq Energetika Agentliyinin (İEA) rəhbəri Fatih Birol tərəfindən XXII Dünya Neft Konqresində verilib.
O bildirib ki, ABŞ-ın neft və qaz hasilatında dünya liderinə çevrilməsi şist neft və şist qaz hesabına olub: "Hazırda ABŞ Qətərdən 2 dəfə çox qaz hasil edir. ABŞ yaxın zamanda öz ehtiyacını ödəyərək ixraca başlayacaq. ABŞ-ın şist neft hasilatı isə İraqın neft hasilatı səviyyəsinə çatıb. ABŞ-ın neft hasilatının artması neft qiymətlərinə təzyiq yaradır. OPEC təklifi azaldacaq qərarlar alsa da ABŞ neft bazarında bolluq yaradıb və bu vəziyyətin davam edəcəyi proqnozlaşdırılır."
Son xəbərlər
07:44
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
Digər ölkələr07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39
Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq
Digər ölkələr05:15
Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika04:48